İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində iki xarici neft tankerini ələ keçirdiyini açıqlayıb.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Dairəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, "Star 1" və "Wintag" adlı neft tankerləri 25 nəfərlik heyətlə hərəkət edib və onların göyərtəsində 3 milyon litrdən çox dizel yanacağı olub.
Həmçinin İranın raket proqramı ilə bağlı yükləri daşımaqda ittiham olunan "Jiran" yük gəmisi Çindən çıxdıqdan sonra İran sularına daxil olub və Bəndər Abbasda dayanıb.
Gəmi ABŞ Maliyyə Nazirliyinin sanksiyaları siyahısındadır və İran gəmiçilik şirkətinə məxsusdur.
Fevral ayında "Financial Times" xəbər vermişdi ki, "Jiran" "Golban" adlı başqa bir gəmi ilə birlikdə min tondan çox natrium perkloratı Çindən İrana daşıyıb. Bu kimyəvi maddə bərk raket yanacağının istehsalında istifadə olunur.