kriminal.az
İsrail İordaniya ilə sərhəddə hasar tikməyə başlayacaq

İsrail hakimiyyəti iyun ayında İordaniya ilə sərhəddə yeni hasar tikintisinə başlayacaq və tikintinin üç il çəkəcəyi gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi "The Times of Israel" məlumat yayıb.

Hasarlanma cənub Colan təpələrindən başlayıb Eylatın şimalında "Timna" hava limanına qədər uzanacaq.

Layihə 1,4 milyard dollara başa gələcək. İsrail İordaniya ilə sərhədə mümkün qədər yaxın hasar çəkmək və gözətçi qüllələri quraşdırmaq istəyir.

Top
0.05805492401123