Niderland Ukrayna üçün pilotsuz təyyarələrin yaradılması üzrə böyük layihəyə 500 milyon avro ayırdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Niderland Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.
"500 milyon avroluq paket Ukraynaya 2025-ci il üçün 2 milyard avroluq sürətləndirilmiş dəstəyin bir hissəsidir. Bu, Ukraynaya Rusiyanın cəbhə xəttində hücumlarını dayandırmağa kömək etməlidir", - məlumatda qeyd olunub.
Pilotsuz təyyarələrin istehsalı üçün maliyyə ayrılması barədə qərar Niderlandın müdafiə naziri Ruben Brekelmans və dövlət katibi Qeys Tuynmanın Ukraynaya son səfəri zamanı qəbul edilib.