kriminal.az
Ulduzlarası səyahəti 1000 ildən onilliklərə endirə bilən kosmik yelkən hazırlandı

Beynəlxalq tədqiqatçılar qrupu ulduzlararası səyahətləri sürətləndirmək üçün yeni texnologiya inkişaf etdirib. Onlar ultrayüngül işıq yelkəni hazırlayıblar.

Kriminal.Az-ın verdiyi məlumata görə, innovasiya Braun Universiteti (ABŞ) və Delft Texniki Universitetinin (Niderland) alimləri tərəfindən yaradılıb. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc edilib.

Bildirilir ki, 60×60 mm ölçüsündə və yüksək əksetmə qabiliyyətinə malik işıq yelkəni cəmi 200 nanometr qalınlığında - insan saçından 500 dəfə incədir. O, nitrid silisiumdan hazırlanıb, həm yüngüldür, həm də möhkəmdir

Necə işləyir?

Bu yelkən ənənəvi dəniz yelkənlərinə bənzəyir, lakin külək əvəzinə güclü lazer şüalarından istifadə edir. Fotonların yelkən səthinə dəyib əks olunması nəticəsində kosmik aparat tədricən çox yüksək sürətlərə çata bilir.

Alimlərin sözlərinə görə, yelkən metrlərlə genişlənə bilər, bu isə gələcəkdə mikroçip ölçüsündə kosmik zondu ulduzlara göndərməyi mümkün edir.

Həmçinin vurğulanır ki, süni intellekt vasitəsilə optimallaşdırılmış nanoquruluşlu aparat "Alfa Sentavr"a uçuş vaxtını min illərdən onilliklərə endirə bilər.

Top
0.052183866500854