"ABŞ administrasiyası Rusiyanın Ukrayna böhranının həlli üçün sövdələşməyə getməsini istərdi".
Kriminal.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı bəyan edib.
O, jurnalistin Rusiya neftinə qarşı ikinci məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanı ilə bağlı sualı cavablandırıb.
"Xeyr, mən onun (Rusiya Prezidenti Vladimir Putin) sövdələşmə bağlamasını istəyirəm", - deyə o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp Moskvanın Ukraynada münaqişənin sülh yolu ilə həlli üçün sövdələşməyə getməyəcəyi təqdirdə, Rusiya neftinə qarşı tətbiq edəcəyini deyib.