kriminal.az
ABŞ-də doqquz yaşlı qız stomatoloji əməliyyatdan sonra ölüb

ABŞ-nin Kaliforniya ştatının doqquz yaşlı sakini olan qız diş həkiminə getdikdən sonra ölüb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib.

Əməliyyat ümumi narkoz altında aparılıb, bundan sonra qız bir müddətlik oyanıb, sonra isə vəfat edib.

Əməliyyat tanınmış klinikalardan birində həyata keçirilib. Prosedur uğurla başa çatıb, uşaq müəyyən müddət əməliyyatdan sonra yerləşdirildiyi palatada müşahidə altında olub. Bir neçə saat sonra xəstə evə buraxılıb və valideynləri ilə birlikdə evinə göndərilib.

Lakin artıq maşında olarkən qızcığaz yuxuya gedib. Valideynləri evə gəldikləri zaman onu oyada bilməyiblər və San-Dieqodakı uşaq xəstəxanasına aparıblar. Orada həkimlər uşağın ölümünü təsdiqləyiblər.

Hazırda ekspertlər məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyirlər. Ölüm səbəbi stomatoloji prosedurun özü və ya narkozun təsiri ola bilər.

"Uşaq ümumi narkoz altında yatırıldıqda, bu, böyüklər üçün olandan daha riskli prosedurdur", - deyə stomatoloq həkim Maykl Devis bildirib.

Top
0.055635929107666