kriminal.az
Ukraynanın keçmiş prezidenti Poroşenkodan Zelenskiyə təcili çağırış

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı sazişi ölkənin suverenliyinə təhlükə adlandırıb və Volodimir Zelenskini təcili olaraq parlament fraksiyalarının rəhbərləri ilə görüşməyə çağırıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın "Strana" nəşri məlumat verib.

"Ukrayna xalqının danışıqlar barədə bütün vacib xəbərləri xarici KİV-lərdən öyrənməsi qəbuledilməzdir. Ölkə daxilində isə hər kəs təbliğat marafonunun isti vannasına qərq olmaqda davam edir", - deyə Poroşenko bildirib.

Ukraynanın keçmiş prezidenti bəyan edib ki, Zelenskinin komandasının qeyri-peşəkar qərarları səbəbindən ölkə ABŞ ilə sazişin parametrlərini siyasi memorandum çərçivəsində müəyyən etmək imkanını itirib. O, həmçinin qeyd edib ki, ölkədə başlayan anti-Amerika isteriyası vəziyyəti daha da pisləşdirə bilər.

Top
0.053526878356934