Hindistanın qərbində yerləşən Qucarat ştatında fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində ən azı 18 nəfər həlak olub.
Kriminal.Az-ın məlumatına görə, bu barədə PTI agentliyinə rəsmi şəxslər məlumat veriblər.
Məlumata görə, müəssisənin ərazisində dağıntılar altından 18 nəfərin cəsədi çıxarılıb, daha beş nəfər yaralanıb, lakin vəziyyətləri stabildir.
Qeyd olunub ki, hadisə fişənglərin hazırlanması zamanı baş verib.
Yanğın artıq söndürülüb. Dağıntılar altında qalan insanların xilas olunması əməliyyatı davam edir.