kriminal.az
Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI

Aprelin 1-də paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və təmir işlərinin həyata keçirildiyi müəyyən edilib.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb.

"Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib" , - məlumatda qeyd edilib.

"Kəpəz" MTK ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Oxu.Az xəbər verir ki, şikayət MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işləri ilə bağlıdır.

Söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında yerləşən binadan gedir. Vətəndaş qeyd edir ki, əlavə mərtəbə tikmək məqsədilə binanın damında söküntü işləri aparılır.

Daha sonra sakin sözlərinə belə davam edir:

"Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binada əlavə bir mərtəbə tikmək tam qanunsuzluqdur. Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökür. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük riskə girəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlansa da, tədbir görülmür".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Top
0.056174993515015