kriminal.az
Ukrayna ABŞ qarşısında şərt qoyub

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, ABŞ ilə faydalı qazıntılar haqqında razılaşma Kiyevin Avropa İttifaqına (Aİ) can atmasına dair mövqeyi ilə ziddiyyət təşkil etməməlidir.

Bu barədə Oxu.Az "RBK-Ukraina"ya istinadla xəbər verir.

"Bu razılaşma heç bir halda bizim avrointeqrasiya yolumuza, Aİ-yə inteqrasiyamıza zidd ola bilməz", - deyə A.Sibiqa bildirib.

O vurğulayıb ki, bu, Ukraynanın ABŞ ilə dialoqda prinsipial mövqelərindən biridir.

Xatırladaq ki, martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən faydalı qazıntılar üzrə razılaşmanın yeni variantını aldığını açıqlayıb.

Top
0.059108018875122