ABŞ Prezidenti Donald Trampın yalnız pinqvinlər və dəniz quşlarının məskunlaşdığı, insan yaşamayan Herd və Makdonald adalarına rüsumlar tətbiq etməsi ilə bağlı süni intellektin yaratdığı memlər, şəkillər və kollajlar sosial şəbəkələrdə gündəm olub.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru yazıb.
Bu şəkillərdən birində Ağ Ev sahibinin suda pinqvini danlaması əks olunub.
Başqa bir şəkildə pinqvin ailəsi əks olunub. Şəkildə valideynin oğlunun otağına girdiyi və oğlunun kədərli şəkildə onların adasının ABŞ ilə ticarət müharibəsində olduğunu söyləməsi göstərilib. Bu zaman Tramp kompüter ekranından dodaqlarını büzərək ona baxır.
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və regionun məhsullarına rüsumlar tətbiq ediləcəyini və minimum dərəcəni 10% müəyyən etdiyini açıqlayıb. Ayrı-ayrı ölkələr üçün (Çin də daxil olmaqla) o, 34% fərdi tarif təyin edib.