kriminal.az
Qala qəsəbəsində QƏZA: Xəsarət alan var

Bakı şəhərində, Xəzər rayonunun Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Qala qəsəbəsində qəza baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı tikiliyə çırpılması nəticəsində qəza baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Vüqar İsgəndər oğlu Quliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qala qəsəbəsində QƏZA: Xəsarət alan var

Top
0.057036876678467