Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel yenidən partiyanın rəhbəri seçilib.
Bu barədə Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir.
O, CHP-nin 21-ci qurultayında keçirilmiş səsvermədə vəzifəsini qoruya bilib.
Ö.Özel 1 276 səsdən 1 171-ni toplayaraq yenidən partiyanın rəhbəri seçilib.
O, CHP sədrliyi üçün yeganə namizəd olub.