Aprel ayının əvvəlində kosmik janrlı "Star Citizen" oyununun büdcəsi 800 milyon dollar həddini aşıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, dünyanın ən bahalı oyunu üçün qeydiyyatdan keçmiş hesabların ümumi sayı 5.58 milyon nəfəri keçib.
Maraqlıdır ki, "Star Citizen" 700 milyon dollar büdcə həddini 2024-cü il mayın sonunda keçmişdi. Beləliklə, kosmik simulyator növbəti 100 milyon dolları toplamaq üçün 11 aya ehtiyac duyub.
İnanılmaz büdcə və oyunçuların iştirakına baxmayaraq, tərtibatçılar oyunu alfa-test mərhələsindən çıxarmağa tələsmirlər.
Bildirilir ki, "Star Citizen" 2027-ci ildən tez buraxılmayacaq. Bu vaxta qədər layihənin büdcəsi 1 milyard dolları ötə bilər.