ABŞ-nin İndiana ştatında 19 yaşlı Kemeron Kayzer Jr. qətldə şübhəli bilinərək həbs edilib.
Oxu.Az "Daily Afisha"ya istinadən xəbər verir ki, sosial şəbəkədəki yazıları və qətldən bəhs etdiyi rep klipi onu tapmağa yardımçı olub.
Qətl 2024-cü ilin iyulunda baş verib. Qurban 20 yaşlı Caten Maksvell olub. O, baş və bud nahiyəsindən aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə yerində polis 27 ədəd 9 mm-lik patron gilizləri tapıb.
Qətldə şübhəli bilinən şəxs "Thrusthard Clk" təxəllüsü ilə tanınan həvəskar reperdir. Onun "YouTube" kanalının 1800, "Instagram"ında isə 13,8 min abunəçisi var.
Sözügedən qətldən cəmi bir neçə saat sonra qatil "YouTube"da öz cinayətindən bəhs edən rep klipini yerləşdirib. Videoda o, öz əməli ilə, vurub öldürməklə öyünür. Klipdə "Mən onların başladıqları mübahisəni bitirməliyəm. Əgər kimsə sənin qardaşını incidirsə, mənə zəng et", - kimi sözlər də yer alır.