ABŞ-də Respublikaçılar Partiyasının əksər tərəfdarı Ukrayna hökumətinin maliyyələşdirilməsinə qarşı çıxıb.
Kriminal.Az-ın xəbərinə görə, bunu "The Wall Street Journal"ın sorğusunun nəticələri sübut edir.
Materialdan aydın olur ki, demokratların 83%-i ABŞ-nin Ukraynaya maliyyə yardımının davam etdirilməsini dəstəkləyib, özlərini respublikaçıların tərəfdarı kimi identifikasiya edən respondentlərin 79%-i isə buna qarşı çıxıb.
Sorğu, həmçinin göstərib ki, ABŞ-nin Ukraynaya dəstəyi daxili siyasi mübahisə predmetinə çevrilir və ölkənin Çini nəzarət altına almaq prioritetini əks etdirir.
Tədqiqat martın 27-dən aprelin 1-dək aparılıb və qeydiyyatdan keçmiş 1500 seçici sorğuda iştirak edib. Seçicilər telefon, onlayn və ya SMS vasitəsilə sualları cavablandırıblar.