Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Kriminal.az xəbər verir ki, bu barədə report.az-a rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.
Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.