kriminal.az
Təyyarə hava limanı yaxınlığında qəzaya uğradı

ABŞ-ın Florida ştatında “Cessna 310R” təyyarəsi hava limanı yaxınlığında qəzaya uğrayıb.

APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, hadisəyə ilkin səbəbin texniki nasazlıq olması göstərilib.

Kiçik mühərrikli təyyarə havaya qalxdıqdan sonra bir neçə dəfə dövrə vurub. Nasazlıq səbəbindən pilot yanacağı boşaltmağa çalışıb.

6 nəfərdək sərnişini daşıya bilən hava gəmisinin göyərtəsində neçə nəfərin olduğu bilinmir.

Top
0.057465076446533