Rusiyanın Moskva vilayətində həkimlər 15 yaşlı xəstənin ondan artıq əlavə dişini çıxarıblar.
Kriminal.az lent.az-a istinadla bildirir ki, yeniyetmənin anadangəlmə 14 əlavə dişi olub. Buna görə ona yanlış dişləmə diaqnozu qoyulub.
"Patologiya dişləmənin sağlam formalaşmasına mane oldu və tutmaya, orta dişlərin böyüməsində gecikməyə səbəb oldu" deyə həkimlər bildiriblər.
Üz-çənə cərrahiyyəsi şöbəsində xəstəxanaya yerləşdirilən məktəblinin əlavə dişləri çıxarılıb.
Həkimlər əməliyyatın yaxşı keçdiyini qeyd ediblər. Gənc evə göndərilməyə hazırlaşır. Bundan sonra dişləməsinin son korreksiyası üçün ortodontist ilə müalicə kursu keçəcək.