kriminal.az
ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzatdı

ABŞ Prezidenti Donald Tramp öz sələfi Co Baydenin tətbiq etdiyi Rusiyaya qarşı sanksiya paketini bir il uzatmaq haqqında sərəncam imzalayıb.

Kriminal.az xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində dərc edilən bildirişdə məlumat verilib.

Söhbət 15 aprel 2021-ci il tarixli 14024 nömrəli sərəncamdan gedir ki, o Bayden administrasiyası tərəfindən dəfələrlə genişləndirilib və müddəti uzadılıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaları qanunsuz hesab edir və onların ləğv edilməsini gözləyir.

Top
0.058229923248291