"Rembo: ilk qan" filminin rejissoru Ted Kotçeff 94 yaşında vəfat edib.
Kriminal.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.
Kotçeff 1931-ci ildə Torontoda Bolqarıstandan olan qaçqın ailəsində anadan olub. O, Kanada Teleradio Yayım Korporasiyasında çalışıb, sonra isə Böyük Britaniyada "ABC Weekend TV" televiziyasında işləyib.
T.Kotçeffin "Rembo: ilk qan" filmində məşhur Hollivud aktyoru Silvestr Stallone də rol alıb.