Tacikistanda 5,9 bal gücündə zəlzələ baş verib.
Kriminal.az xəbər verir ki, yeraltı təkanlar bazar günü, Bakı vaxtı ilə saat 08:24-də qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri 198 min nəfərdən çox əhalisi olan Xucand şəhərindən 170 kilometr cənub-şərqdə, Tacikistanın Gərm kəndindən 37 kilometr şərqdə, 16 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.