Yaponiyalı kişi intihar edən həyat yoldaşını dondurucuda saxlayıb.
Kriminal.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Times" saytı məlumat yayıb.
Bildirilir ki, aprelin əvvəlində polis Şiqa prefekturasının Nagahama şəhərindəki evdə dondurucuda saxlanılmış qadın meyiti aşkar edib.
57 yaşlı Mariko Nonakanın 63 yaşlı əri Hideki Nonaka həbs edilib.
Məlum olub ki, qadın intihar edib və əri bu barədə polisə məlumat vermək əvəzinə onu soyuducuda gizlədib.