Avtomobili olanlar şitdə gördükləri işarələrin mənasını başa düşür.
Kriminal.az xəbər verir ki, bununla belə sükan arxasına yeni keçənlər heç də hələ bütün simvolların nə mənaya gəldiyini başa düşmür.
Odur ki, avtomobildə olan bir sıra simvolların mənasını təqdim edirik:
1. Avtomobilin qapısı açıqdır və ya yaxşı örtülməyib.
2. Mühərrik yağının səviyyəsi aşağıdır.
3. Maşının baqajı açıqdır.
4. Avtomobilin akkumulyatoru azdır.
5. Əl əyləci çəkir.
6. Avtomobilin işə salınması sistemi anormaldır.
7. Parkinq sensoru aktivdir.
8. Avtomobildə havanın təkrar dövriyyəsi
9. Təkər təzyiqi xəbərdarlığı
10. Yüksək işıq (High Beam), yəni uzaq məsafəni işıqlandırmaq üçün istifadə olunan daha güclü faralar açıqdır.
11. Dartma nəzarəti
12. Yanacaq azdır
13. Duman işığı yanır
14. Avtomobili işə salmazdan əvvəl isitmə problemi
15. Mühərrikin temperaturu çox yüksəkdir
16. Təhlükəsizlik kəmərini taxın
17. Əyləc sisteminin nasazlığı
18. Sürücünün hava yastığı problemi var
19. Sükan gücləndirici sistemində problem olduğunu bildirir.
Billurə