"10 il sonra ağıllı telefonlar tarixə qovuşacaq"
Kriminal.az xəbər verir ki, bunu Meta şirkətinin baş direktoru, feysbukun qurucusu Mark Zukerberq şirkətin illik texnoloji tədbirində deyib. O bildirib ki, gələcəkdə smartfonları tamamilə süni intellektlə işləyən ağıllı eynəklər əvəzləyəcək.
“Hər kəsin keçəcəyi növbəti cihazlar kateqoriyası ağıllı eynəklərdir. Bu, smartfonlar kimi bir inqilabdır. Eynək taxmaq yeni telefondan istifadə etmək kimi olacaq. Bu gün eynək taxmayanlar belə gələcəkdə bu cihazlardan istifadə edəcək” – o söyləyib.
Tədbirdə təqdim edilən ən diqqət çəkən məhsul “Orion” adlı artırılmış reallıq eynəkləri olub.
Meta bu eynəkləri "indiyə qədər hazırlanmış ən qabaqcıl AR eynəkləri" kimi təqdim edib.
Bildirilib ki, “Orion” real vaxtda tərcümə edəcək, süni intellektlə işləyən şəxsi köməkçi rolunu oynayacaq, holoqrafik axtarış xüsusiyyətibə malik olacaq.
Billurə Yunus