kriminal.az
Bakı-Quba bağlandı

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Kriminal.az “Report”a istinadla xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

Top
0.066022872924805