kriminal.az
Dünyanın ən dözümlü mühərrikli maşınları açıqlandı - Hyundai, Kia siyahıda yoxdur

Avtomobil sektorunda yeni nəsil mühərrik texnologiyaları ilə seçilən modellər arasında aparılan müqayisə nəticəsində ən dayanıqlı və güclü motorlara sahib 10 avtomobil markası müəyyənləşdirilib.

Kriminal.az Milli.Az-a istinadən xəbər verir ki, yüksək mühərrik performansı, yanacağa qənaət və texniki baxımdan uzunömürlülük əsas meyarlar olub.

Zirvədə yer alan Jaguar XE mühərrik gücü, texnoloji təchizatı və səmərəliliyi ilə diqqət çəkib.

Siyahıya daxil olan digər markalar da müasir mühərrik texnologiyalarına verdikləri önəmlə avtomobil bazarında güclü mövqe nümayiş etdirirlər.

Experix.com.tr tərəfindən tərtib olunan siyahıya əsasən, dünyanın ən yaxşı mühərrikinə sahib 10 avtomobil markası bunlardır:

1. Jaguar XE

2. Ford Puma

3. Volkswagen Golf

4. Tesla Model X

5. BMW

6. Mercedes-Benz

7. Mazda

8. Skoda

9. Peugeot

10. Toyota

Top
0.052525043487549