Birləşmiş Ştatlar yaxın bir neçə gün ərzində irəliləyiş əldə olunmasa, Ukraynada atəşkəs danışıqlarının qeyri-mümkün olduğunu qəbul edəcək.
Kriminal.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib.
O qeyd edib ki, Amerika tərəfi hər iki tərəfin sülhə sadiq olub-olmamasına qiymət verəcək:
"Biz indi çox tez müəyyən etməliyik və mən bir neçə gündən danışıram ki, bunun yaxın bir neçə həftə ərzində həyata keçirilə bilərmi? Əgər belədirsə, biz başlayacağıq. Olmayacaqsa, o zaman diqqət yetirməli olduğumuz başqa prioritetlərimiz var".
Rubio vurğulayıb ki, Tramp Ukraynada sülhün əldə edilməsi məsələsinə çox vaxt və enerji sərf edir, lakin dünyada baş verən bir çox başqa mühüm hadisələr də var.
"Biz əlimizdən gələni etmək istəyirik. Fransızlar, britaniyalılar, almanlar çox konstruktiv, çox faydalı görüş oldu. Ümid edirəm ki, gələn həftənin əvvəlində başqa bir görüş keçirəcəyik. Sonra irəliləyiş əldə etməyə nə qədər yaxın olduğumuza dair daha konkret cavablarımız olacaq. Lakin bu, uzun müddət davam edə bilməz", - o əlavə edib.
Mürtəza
Kriminal.az