Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə qarşılıqlı olaraq 246 hərbçini təhvil verməklə əsir mübadiləsi həyata keçiriblər.
Kriminal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Moskva, həmçinin 31 yaralı hərbi əsiri Kiyevə təhvil verib.
Bunun müqabilində Rusiya təcili tibbi yardıma ehtiyacı olan 15 yaralı hərbçini geri qaytarıb.