ABŞ Demokratlar Partiyasının üzvləri hesab edirlər ki, keçmiş Prezident Co Bayden və onun həyat yoldaşı Cill Bayden ictimai çıxışlarda özlərinə məhdudiyyət qoymalı və tamaşaçılardan uzaq durmalıdırlar.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri Baydenlərə yaxın əməkdaşlara istinadla xəbər verir.
Mənbələrin sözlərinə görə, onların çıxışları Demokratlar Partiyasının imicini korlayır, bundan başqa, bir çox insan keçmiş Prezident C.Baydenə qəzəblidir.
Nəşrin həmsöhbəti bu vəziyyəti "Baydenlərin ictimai həyatının faciəli və ürək parçalayan sonu" kimi adlandırıb, lakin vurğulayıb ki, reallıqla üzləşmək lazımdır.