Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın "Fox News" telekanalının üzrxahlıq istəməsini tələb edib.
Kriminal.az xəbər verir ki, bu barədə XİN-in sözçüsü Georgi Tixiy "X" sosial şəbəkə hesabında yazıb.
"Əgər bu, qəsdən edilmiş siyasi bəyanat yox, səhv idisə, o zaman üzr istənilməli və səhvi kimin etdiyi araşdırılmalıdır", - deyə o bildirib.
Xatırladaq ki, "Fox News" telesüjetlərinin birində Kiyevi Rusiya şəhəri kimi qeyd edib.