Harvard Universiteti Donald Tramp administrasiyasını məhkəməyə verib.
Kriminal.az “anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Harvard Universitetinin prezidenti Alan Qarber universitetin saytına açıqlamasında danışıb.
O, hökumətin universitetin vəsaitlərini dondurması ilə bağlı çıxış edib. Qarber administrasiyanın 2,2 milyard dollarlıq dondurmaya əlavə olaraq daha 1 milyard dollar vəsaitin dondurulmasını nəzərdən keçirdiyini bildirib.
Universitet rəhbəri deyib ki, universitetin vergidən azad edilməsinə də son qoyula bilər. Onun sözlərinə görə, bu və buna bənzər fəaliyyətlər təhsil, tədqiqat və səhiyyə sahələrində ciddi nəticələrə səbəb olacaq.
Qarber hökumətin universitetin maliyyə vəsaitlərini dondurmasını “qanunsuz” və “səlahiyyət həddinin aşılması” adlandırıb və bunu dayandırmaq üçün Tramp administrasiyasını məhkəməyə verdiyini söyləyib.
Qeyd edək ki, Tramp administrasiyası Fələstin tərəfdarı kampus etirazlarını və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək Harvard da daxil olmaqla bir neçə universitet üçün federal maliyyəni dondurub.
Billurə Yunus