İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cəbaliyə şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 29 fələstinli həyatını itirib.
Kriminal.az xəbər verir ki, bu barədə məlumatı HƏMAS hərəkatına bağlı olan “Qüds” portalı yayıb.
Verilən məlumata əsasən, hücum zamanı məcburi köçkünlərin məskunlaşdığı düşərgə hədəf alınıb.
Düşərgədə yerləşən mülki şəxslərin arasında qadınlar və uşaqların da olduğu bildirilir.
Qeyd edək ki, son aylarda Qəzza zolağında artan gərginlik nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan isə evsiz qalıb.
Cəbaliyə şəhəri isə Qəzzanın ən sıx məskunlaşmış və tez-tez hücuma məruz qalan ərazilərindən biridir.