ABŞ Moskva və Kiyev arasında imzalanmış sülh sazişinin bir hissəsi kimi Rusiyadan Ukraynanın öz ordusuna və müdafiə sənayesinə sahib olmaq hüququnu tanımasını tələb edəcək.
“Kriminal.az ” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb.
“ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşdə bu məsələni qaldıracaq”, - nəşrdə vurğulanır.
Agentlik qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi münaqişəyə son qoymaq üçün bu yolla Kremldən, eləcə də Ukraynadan müəyyən güzəştlər əldə etməyə çalışır.