kriminal.az
Ölən anasından ona qalan lotereyadan pul uddu - FOTO

İngiltərədə Liam Karter adlı şəxs anasının ölümündən bir neçə həftə sonra sürprizlə qarşılaşıb.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, Aberdin şəhərində yaşayan 34 yaşlı Liam 67 yaşlı anası Enn Karterin evini yığışdırmağa gedib.
O bu zaman anasının illər boyu oynadığı lotereya biletlərini tapıb.

Biletlərin çoxu əvvəlki tarixlərə aid olsa da, birinin üzərində “Şənbə lotereyasını unutma” yazılan qeyd tapıb.

Bir müddət sonra 18 aprel tarixli zərfdəki lotereya biletini yoxlayan Liam Karter 18 min funt sterlinq (təx. 41 min manat) uduş qazandığını öyrənib.

"Ürəyimdəki səs dedi ki, bileti yoxlamalıyam. Sistemdə bileti yoxlayanda mükafatı qazandığımı öyrəndim. O anı heç vaxt unutmayacağam. Anam həyatında heç vaxt lotereyada böyük bir mükafat qazanmamışdı. Belə bir şeylə vidalaşması inanılmazdır. Həmişə deyirdi ki, nə vaxtsa qalib gəlsə, pulu mənə verəcək. Həqiqətən də son hədiyyəsi oldu. Yaşadığım şeyə inana bilmirəm. Bu lotereyanın mənası mənim üçün puldan qat-qat üstündür”, - deyə L.Karter söyləyib.

Billurə

Top
0.058815956115723