kriminal.az
"WhatsApp" gələn ay bu 3 cihazdan silinəcək

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" mayın 5-dən bəzi köhnə "iPhone" modelləri üzərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.

Kriminal.az həmin cihazları təqdim edir:

iPhone 5s

iPhone 6

iPhone 6 Plus

Meta ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər "WhatsApp"dan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.

(Milli.az)

Top
0.056995153427124