21 apreldə vəfat edən Roma Papası Fransiskin dəfn mərasiminə hazırlıqlar tamamlanıb.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, dəfn mərasimindən əvvəl papanın üzünə ağ parça düzülüb və tabutun qapağı bağlanıb.
Təxminən iki saat davam edəcək dini mərasimin ardından Papa Romadakı Məryəm Bazilikasında dəfn ediləcək.
Dünya liderləri də dəfn mərasimindən əvvəl Romaya axışıblar.
Təhlükəsizlik məqsədilə Roma limanında dəniz esminesi və qırıcı təyyarələr hazır vəziyyətə gətirilib.
Sabah baş tutacaq dəfn mərasimi zamanı Roma hava sahəsinin hava nəqliyyatına bağlanacağı elan edilib. Romada 4 min hüquq-mühafizə orqanı əməkdaşı iş başında olacaq.
Meydana gedən yollarda təhlükəsizlik və təcili çıxış dəhlizləri yaradılıb.
Papa Fransiskin dəfn mərasiminə 200 minə yaxın insanın qatılacağı gözlənilir. Romadakı yürüşə bir milyona yaxın insanın baxmağa çalışacağı təxmin edilir.
Təxminən iki saat davam edəcək dini mərasimin ardından Papa Romadakı Məryəm Bazilikasında dəfn ediləcək.
Billurə Yunus