kriminal.az
Husilər İsrailin hərbi bazasına raket zərbəsi endirib

Yəmən husiləri (“Ənsarallah” Hərəkatı) İsrailin Negev bölgəsində yerləşən Nevatim hərbi hava bazasına "hipersəs ballistik raketi" ilə zərbə endiriblər.

Kriminal.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariə məlumat verib.

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələrinin raket birlikləri "Fələstin-2" adlı hipersəs ballistik raketi ilə Nevatim bazasına hücum edib. Sariə bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketi tutub, amma məhv edə bilməyib və raket hədəfə uğurla çatıb.

Bununla belə, İsrail ordusu daha əvvəl Yəməndən buraxılan raketi havada vurduğunu açıqlamışdı. Ordunun mətbuat xidmətinin məlumatında bildirilir ki, raket İsrail hava məkanına daxil olmadan məhv edilib. Hadisə zamanı İsrailin müxtəlif bölgələrində hava həyəcan siqnalları işə düşüb.

Həmidə İbrahimova

Top
0.062386035919189