kriminal.az
AMB "Bakı Kart"a qarşı tədbir görüb

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yə qarşı tədbir görüb. 

Kriminal.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, AMB-yə təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub, şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozduğu üzə çıxıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən "K Group"a münasibətdə təshih tədbirləri tətbiq edilib.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Top
0.054880857467651