ABŞ-də prezident Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlməsindən sonra ən azı 121 min federal dövlət qulluqçusu işdən azad edilib.
Kriminal.az xəbər verir ki, bu barədə "CNN" telekanalı öz hesablamalarına istinadla məlumat yayıb.
Məlumata görə, kütləvi ixtisarlar təxminən 30 dövlət qurumunu əhatə edib, lakin ən çox zərər görən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Bir neçə dalğa şəklində aparılan ixtisarlardan sonra agentliyin fəaliyyəti tamamilə dayandırılıb. Təhsil Nazirliyi əməkdaşlarının 51%-ni işdən çıxarıb və 12 regional nümayəndəliyindən 7-ni bağlayıb. Mənzil və Şəhərsalma Nazirliyi, eləcə də Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin tərkibində olan Milli Səhiyyə İnstitutları da ciddi sayda əməkdaşını itirib.
Telekanalın danışdığı ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunmağa başlayıb və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində vətəndaşların maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur.
Həmidə İbrahimova