kriminal.az
Almaniyada kansleri seçə bilmədilər: Təxribat ittihamları

Bu gün Almaniyada yeni kansler seçkiləri uğursuzluqla nəticələndiyindən Bundestaq yeni kansleri seçə bilməyib.

Kriminal.az xəbər verir ki, yeni kanslerin seçilməməsinə səbəb isə Almaniya parlamentinin aşağı palatası (Bundestaq) yeni kansler Fridrix Merzin namizədliyi ilə bağlı səsvermədə iştirak etməməsi olub.

Kansler postuna namizəd Xristian Demokrat İttifaqının lideri Fridrix Merz kansler seçilmək üçün tələb olunan 316 səsdən yalnız 310-nunu qazanıb. Baxmayaraq hazırda Bundestaqda Merzin lider olduğu CDU/SPD koalisiyasının 328 mandatı var ki, bu da tələb olunan minimumdan cəmi 12 mandat çoxdur. 

SPD fraksiyası hesab edir ki, kansler seçkilərində uğursuzluq Merzin liderı olduğu CDU/CSU-nun günahı nəticəsində olub.
SPD sədri Lars Klinqbeyl sosial-demokratların üzvlərinin hamısı zalda olduğunu və Merzə səs verdiyini bildirib.

Xristian demokratlar (CDU) isə təxribatda SPD-ni ittiham edib. 

Qeyd edək ki, Bundestaq seçkilərində uğurlu koalisiya danışıqlarından sonra heç vaxt kansler vəzifəsinə təyin edilən namizəd parlamentdə səsvermədə uğursuzluğa düçar olmayıb.

Fridrix Merz növbəti mərhələdə yenidən kansler postuna namizədliyini irəli sürmək niyyətindədir.

AFD lideri Alice Ueidel uğursuz seçkilərdən sonra Fridrix Merzin istefasını tələb edib və yeni seçkilərin keçirilməsini istəyib. 

Yaşıllar Partiyasının sədri Feliks Banaszak Merzin uğursuzluğunu “dönüş nöqtəsi” adlandırsa da, bunu yaxşı hal hesab etməyib. Onun fikrincə, indi Almaniya və Avropaya sabitlik lazımdır.

Mürtəza
Kriminal.az

Top
0.059890031814575