kriminal.az
Zaxarova Simonyanın ittihamlara cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Kriminal.az APA-ya istinadla xəbər verir ki, o qeyd edib ki, Alen Simonyanın qayıtdığı ritorika təəssüf doğurur.

"Bütün bu hücumlar və təhqirlər hətta parlament sədrinin obrazına uyğun gəlmir. Başa düşmürəm ki, Ermənistanın rəhbərləri bayram tədbirlərinə dəvət edilərsə, ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyi vasitəsilə müntəzəm əlaqələr mövcuddursa, o zaman Ermənistana qarşı hansı hibrid müharibədən söhbət gedə bilər?! Mən bunu mətbuat katibi kimi deyirəm", - Rusiya XİN sözçüsü istehza ilə Simonyanın "Rusiya Ermənistana qarşı hibrid müharibə aparır" bəyanatına münasibət bildirərkən deyib .

Qeyd edək ki, uzun müddətdir ki, Simonyanla Zaxarova arasında söz dueli müşahidə olunur. Simonyan Zaxarovanın Paşinyan hakimiyyəti əleyhinə bəyanatlarını şərh edərkən, onu "katibə" adlandırmışdı.

Top
0.058357000350952