kriminal.az
Azərbaycanda zəlzələ olub

Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub

Bu barədə “Kriminal.az ”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb”, – Mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.

Top
0.056911945343018