kriminal.az
Pentaqon minədək transgənder hərbçini ordudan uzaqlaşdırmağı planlaşdırır

Pentaqon yeni direktivə əsasən açıq şəkildə özünü transgənder kimi identifikasiya edən minədək hərbçini ordudan uzaqlaşdırmağı planlaşdırır.

Kriminal.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, əsasən tibbi sənədlərində gender disforiyası diaqnozu olan hərbçilərin bu qərardan daha çox təsirlənəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası transgənder şəxslərin məktəbli qız idman komandalarında iştirakını qadağan edən qanun layihəsini təsdiqləmişdi.

Həmidə İbrahimova

Top
0.057808876037598