Dominik Livakoviç mövsümün sonunda "Fənərbağça"dan ayrıla bilər.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, Superliqa klubu performansından məmnun qalmadığı xorvatiyalının yerinə başqa qapıçı transfer etməyi planlaşdırır.
"Fənərbağça"nın əsas hədəfi "Napoli"də çıxış edən Aleks Meretdir. İtalyan qolkiperin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, "Napoli"nin yeni sözləşmə təklifini qəbul etməyib.
Bu vəziyyətdən yararlanmağa çalışan "Fənərbağça" 28 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Aleks Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində 33 rəsmi matçda meydanda olub.