Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Kriminal.az -a bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.