Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) futbol tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Kriminal.az xəbər verir ki, Fanat.Az sözügedən qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messidir.
Tarixin 10 ən yaxşı futbolçusu:
1. Lionel Messi (Argentina)
2. Pele (Braziliya)
3. Maradona (Argentina)
4. Kriştiano Ronaldo (Pirtuqaliya)
5. Yohan Kruiff (Niderland)
6. Ronaldo (Braziliya)
7. Zinəddin Zidan (Fransa)
8. Frants Bekkenbauer (Almaniya)
9. Alfredo Di Stefano (Argentina/İspaniya)
10. Ronaldinyo (Braziliya)
Messi karyerası ərzində 8 dəfə "Qızıl top" mükafatının qalibi olub. 4 dəfə Çempionlar Liqasını qazanan Leo 2022-ci ildə dünya çempionluğunu bayram edib.