kriminal.az
Tarixi uğura imza atan azərbaycanlı qadın tanınmaz hala düşdü - FOTO

Azərbaycanlı qadın alpinist Vəfa Musayeva mayın 15-də dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib.

Kriminal.az xəbər verir ki, əzmkarlıq nümayiş etdirən xanım alpinistimiz Everestdən dərhal sonra dünyanın 4-cü zirvəsi olan Lhotze zirvəsinə (8516 m) də qalxıb. 

V.Musayeva bu çətin vəzifənin öhdəsindən gəldikdən sonra isə üzü tanınmaz vəziyyətə düşüb. 

Bununla da, Everestdə Azərbaycan bayrağını yüksəltmiş xanım alpinistlərin sayı ikiyə çatıb. Bundan öncə yalnız 2023-cü ildə Elmira Aslanova həmin zirvəyə qalxmışdı.

Kişi alpinistlərimizdən isə bu uğura imza atanlar 2007-ci ildə İsrafil Aşurlı, 2013-cü ildə Murad Aşurlı, 2019-cu ildə Vadim Vokryaçko olublar.

Top
0.057188987731934