kriminal.az
Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub edib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

Kriminal.az xəbər verir ki, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib - 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.

Top
0.054144859313965