Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Kriminal.az xəbər verir ki, komandalar qrup mərhələsinin II turunda 8 oyun keçiriblər.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb - 4:0. Yığmamızın rəqiblərindən Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. |
Azərbaycan |
2 | 1 | 0 | 1 | 0 | 5:1 (+4) | 0 / 2 | 4 |
2. |
Mavritaniya |
2 | 1 | 0 | 1 | 0 | 3:1 (+2) | 0 / 3 | 4 |
3. |
Bəhreyn |
2 | 0 | 0 | 1 | 1 | 1:3 (-2) | 0 / 1 | 1 |
4. |
Sloveniya |
2 | 0 | 0 | 1 | 1 | 1:5 (-4) | 0 / 1 | 1 |
B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3:3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumıniyaya 4:2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. |
Fransa |
2 | 1 | 0 | 1 | 0 | 4:3 (+1) | 0 / 0 | 4 |
2. |
Çad |
2 | 1 | 0 | 0 | 1 | 4:3 (+1) | 0 / 4 | 3 |
3. |
Rumıniya |
2 | 1 | 0 | 0 | 1 | 4:5 (-1) | 1 / 4 | 3 |
4. |
Özbəkistan |
2 | 0 | 0 | 1 | 1 | 4:5 (-1) | 0 / 5 | 1 |
İngiltərə və Macarıstan komandalarının qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər -1:1. Digər matçda isə Türkiyə Ukrayna yığmasını 3:1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. |
İngiltərə |
2 | 1 | 0 | 1 | 0 | 5:1 (+4) | 0 / 6 | 4 |
2. |
Türkiyə |
2 | 1 | 0 | 1 | 0 | 4:2 (+2) | 1 / 6 | 4 |
3. |
Macarıstan |
2 | 0 | 0 | 2 | 0 | 2:2 (0) | 0 / 3 | 2 |
4. |
Ukrayna |
2 | 0 | 0 | 0 | 2 | 1:7 (-6) | 1 / 1 | 0 |
D qrupunda Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib - 5:0. Portuqaliya yığması isə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını altıya yüksəldib və qrupdan çıxmasını vaxtından əvvəl təmin edib.
Komanda | M | W | WO | D | L | Qol | RC / YC | Xal | |
---|---|---|---|---|---|---|---|---|---|
1. |
Portuqaliya |
2 | 2 | 0 | 0 | 0 | 5:2 (+3) | 0 / 1 | 6 |
2. |
Slovakiya |
2 | 1 | 0 | 0 | 1 | 16:2 (+14) | 0 / 0 | 3 |
3. |
Bolqarıstan |
2 | 1 | 0 | 0 | 1 | 6:3 (+3) | 0 / 1 | 3 |
4. |
Hindistan |
2 | 0 | 0 | 0 | 2 | 0:20 (-20) | 0 / 1 | 0 |
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.